İstanbulda yerləşən Osmanlı dövrünə aid tarixi hamamın kimə məxsus olduğu təsadüfən üzə çıxıb.
Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, övladlar vəfat edən analarının sandığını açanda gördüklərinə inanmayıblar. Məlumata görə, onlar sandıqda tarixi hamanın analarına məxsus olduğunu əks etdirən sənədlə üzləşiblər. Araşdırmalar nəticəsində məlum olub ki, uzun müddət hamamın sahibi üzə çıxmadığına görə dövlətin balansına verilib.
Lakin indi sənəd əsasında tarixi hamam övladlara miras qalacaq. Hamamın restavrasiya edilməsi gündəmdədir.
Milli.Az