Dünya

İranda dövlət qurumlarının işi iflic oldu

30 May 2021 11:28
Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 29-da İranın paytaxtı Tehranda ən azı 33 dövlət qurumunun binası elektriksiz qalıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, belə vəziyyət İranda ilk hal deyil. Belə ki, ölkənin böyük şəhərlərində - Tehran, İsfahan, Təbriz, Kirmanşah, Qəzvin, Şiraz və Həmədanda tez-tez analoji vəziyyət təkrarlanır. Nəticədə məktəb və universitet tələbələri üçün dövlət imtahanları davamlı olaraq təxirə salınır, mühüm sənaye obyektlərinin işi dayandırılır, ictimai nəqliyyatın hərəkəti isə iflic olur.

Belə acınacaqlı vəziyyətin davamlı yaşanmasına səbəb kimi su ehtiyatlarının azalması, hidroelektrik stansiyalarının inkişaf etməməsi göstərilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.