Dünya

İranda türk adları qoyulmasına qadağa - FOTO

21 May 2021 13:14
Baxış: 2 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran azərbaycanlısı Hüseyin Əmani Nadarlı bu gün öz İnstaqram səhifəsində post paylaşaraq, oğlu Oğuza türk adı seçdiyinə görə İranın aidiyyatı qurumları tərəfindən doğum şəhadətnaməsi verilmədiyini bildirib.

Milli.Az "Radio Farda"ya istinadən bildirir ki, onun sözlərinə görə, İranın Qeydiyyat Baş İdarəsi bu adın təsdiqlənmiş adlar siyahısında olmadığını bəhanə edərək Oğuza doğum sənədi verməkdən imtina edib.

İranın Qeydiyyat Baş İdarəsinin Azərbaycan və türk adlarına görə yeni doğulan uşaqlara doğum sənədi verməkdən yayınması yeni hal deyil.

Bundan əvvəl də bununla bağlı mediada İranda vətəndaş hüquqlarının pozulması və Azərbaycan türklərinə qarşı ayrı-seçkilik edildiyini göstərən çox sayda xəbər yayılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.