Dünya

UNICEF zəngin ölkələri vaksin ianə etməyə çağırır

17 May 2021 13:04
Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UNICEF-in rəhbəri Henrietta Fore Böyük Yeddilik (G7) ölkələrini və Avropa Birliyini (AB) yoxsul ölkələrə kömək məqsədilə COVAX vaksin paylaşımı şəbəkəsinə koronavirusa qarşı vaksin ianə etməyə çağırıb.

Milli.Az qərb mediasına istinadən xəbər verir ki, qurumun başçısı deyib ki, artıq dozaları ianə etmək "minimum, vacib, təcili addımdır və hazırda ona ehtiyac var".

Forenin sözlərinə görə, G7 və AB ölkələri iyun, iyul və avqust ayları üçün vaksin təchizatının cəmi 20 faizini paylaşsalar, 153 milyonadək doza ianə edə bilərlər.

"Həm də bunu öz əhalisi qarşısında vaksinasiya öhdəliklərini yerinə yetirərək edə bilərlər", - o vurğulayıb.

Fore deyib ki, bu ianə yoxsul ölkələrin yoluxmaların növbəti qaynar nöqtəsinə çevrilməsinin qarşısını alar.

Gələn ay G7 ölkələri - Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatların sammiti Britaniyada keçiriləcək.

UNICEF COVAX vasitəsilə koronavirus vaksinlərinin təchizatı üçün məsuliyyət daşıyır. Bu şəbəkəni Dünya Səhiyyə Təşkilatı (DST) və Qlobal Vaksinlər və Peyvəndləmə Alyansı (GAVI) birgə idarə edir.

Hazırda COVAX-ın üzləşdiyi vaksin qıtlığının bir səbəbi Hindistanda yoluxma dalğasının kəskin artmasıyla əlaqədardır. COVAX dozalarının böyük hissəsi məhz bu ölkədə hazırlanaraq ixrac olunmalıydı.

Hindistan Serum İnstitutunun hazırladığı AstraZeneca vaksinlərinin ixracını məhdudlaşdırıb və istehsal olunan dozaları öz əhalisinə vurur.

UNICEF mayın sonunadək 140 milyon, iyunun sonunadək 190 milyonadək doza qıtlığı ilə üzşləşəcəyini bildirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.