Dünya

Aİ XİN başçılarının Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək

16 May 2021 15:34
Baxış: 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Qəzza ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar fövqəladə iclası keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

"İsraillə Fələstin arasında davam edən gərginlik və mülki itkilərin sayının qəbuledilməz olduğunu nəzərə alaraq, mayın 18-də Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin fövqəladə iclasını çağırıram. Biz Aİ-nin mövcud zorakılığın sona çatmasına necə töhfə verə biləcəyini müzakirə edəcəyik", - deyə Aİ-nin Ali Nümayəndəsi bildirib.

XİN başçılarının iclası videokonfrans formatında keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.