Dünya

Qonşu ölkədə koronavirusun ən təhlükəli ştammı müəyyən edildi

13 May 2021 15:22
Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada ilk dəfə koronavirusun "Hindistan ştammı"nın daşıyıcıları müəyyən edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Rospotrebnadzor"dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) bildirilib.

Yoluxanlar Ulyanovsk Dövlət Universitetinin (UlDU) Hindistandan olan 16 tələbəsidir.

Tələbələrin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Onların əksəriyyəti xəstəliyi yüngül keçirib, xəstəxanaya yerləşdirilən 11 hindistanlı isə artıq evə buraxılıb.

Bundan əvvəl ÜST koronavirusun üç dəfə mutasiyaya uğramış "Hindistan ştammı"nın təhlükə səviyyəsini yüksəltmişdi. Ekspertlər bunun qlobal səviyyədə narahatlığa səbəb olduğunu etiraf edirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.