Dünya

Tacikistanda təbii fəlakət nəticəsində 9 nəfər ölüb

13 May 2021 11:39
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 11-dən başlayaraq Tacikistanın Xatlon, Kulyab və Qissar vilayətlərində baş verən sel və daşqın nəticəsində 9 nəfər ölüb, yaralılar var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Xatlon vilayətinin infrastruktur obyektlərinə, mülki evlərə, yüzlərlə metr avtomobil yoluna, məişət obyektlərinə daha çox ziyan dəyib, 4 körpü dağılıb, ev heyvanlarını sel aparıb.

Ümumiyyətlə ölkənin 15 rayonu təbii fəlakət zonası elan olunub.

Tacikistan Prezidenti Emamali Rahmonun tapşırığı ilə Baş nazir Kaxir Rasulzodanın rəhbərliyi ilə Hökumət Komissiyası yaradılıb. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində iş aparılır. Dəyən zərərin həcmi hesablanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.