Dünya

Əhmədinejad İran prezidentliyinə namizədliyini verdi

12 May 2021 13:32
Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizəd olaraq qeydiyyatdan keçib.

Milli.Az bildirir ki, İran hökumətinin doqquzuncu və onuncu prezidenti Mahmud Əhmədinejad bu gün səhər öz tərəfdarları ilə birlikdə Daxili İşlər Nazirliyinin binasına gələrək namizədliyinin qeydə alınmasına dair sənədləri təqdim edib.

Əhmədinejad əvvəlki seçkilərdə də namizədliyini irəli sürsə də, Konstitusiyanın İcrasına Nəzarət Şurası tərəfindən namizədliyi rədd edilmişdi.

Qeyd edək ki, İranda ötən gündən prezidentliyə namizədlərin qeydiyyatı başlayıb. Namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.