Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş katibi, Tomsk vilayətinin fəxri vətəndaşı Yeqor Liqaçev 101 yaşında vəfat edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Tomsk vilayət administrasiyasının informasiya siyasəti şöbəsinin müdiri Aleksey Sevostyanov bildirib.
Qeyd edək ki, Sovet və Rusiyanın siyasi dövlət xadimi Y.Liqaçev 1983-1990-cı illərdə Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışıb.
O, 29 Noyabr 1920-ci ildə Tomsk vilayətinin Dubinkino kəndində (indiki Novosibirsk vilayətinin Çulymski rayonu) anadan olub. 1985-ci ilin aprelindən Siyasi Büronun üzvü, 1985-1988-ci illərdə, Sov.İKP MK-nın ideologiya məsələlər üzrə məsul şəxsi idi.
SSRİ-də alkoqolla mübarizə kampaniyasının təşəbbüskarlarından olan Liqaçev Boris Yeltsinə söylədiyi, "Boris, yanılırsan" ifadəsi ilə də məşhur idi.
Milli.Az