Dünya

Erməni vəkil Paşinyanı məhkəməyə verdi

7 May 2021 09:39
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erməni vəkil Tiqran Atanesyan Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı məhkəməyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Datalex.am" məhkəmə informasiya sisteminin saytında bildirilir.

Məlumata görə, Atanesyan məhkəmədə Paşinyanın Baş nazir vəzifəsini icra edən postunda olması ilə bağlı iddia qaldırıb. Vəkil hesab edir ki, Prezident Armen Sarkisyan hökumətin istefası haqqında sənədi imzaladıqdan sonra Paşinyanın bu vəzifədə səlahiyyəti başa çatmalı idi.

İşə hakim Qriqor Arakelyan baxacaq. Cavabdeh Baş nazir vəzifəsini icra edəndir.  

Qeyd edək ki, Paşinyan özü 2018-ci ildə etdiyi çıxışlarından birində aşağıdakıları bəyan edib: "Ermənistan Respublikası qanunvericiliyinin hüquqi təhlili göstərdi ki, Baş nazir istefaya gedərsə, onun vəzifəsini müvəqqəti icra edən ola bilməz".

Paşinyan aprelin 25-də istefa verib. Ermənistan Prezidenti artıq hökumətin istefasını qəbul edib. Lakin Paşinyan 20 iyuna təyin edilmiş növbədənkənar parlament seçkilərinədək Baş nazirin vəzifələrini müvəqqəti icra etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.