Dünya

Türkiyədə COVID-19-un müalicəsində böyük əhəmiyyət kəsb edəcək oksigen terapiyası cihazı hazırlanıb

5 May 2021 20:14
Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Arçelik" və tibbi cihaz istehsal edən "Biosys" şirkətləri birgə əməkdaşlıq çərçivəsində COVID-19 xəstələrinin müalicəsində böyük əhəmiyyət kəsb edəcək yüksək axınlı oksigen terapiyası cihazı hazırlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, reanimasiya şöbələrində müstəqil olaraq işləyə və daşına bilən "BIO2Flow" cihazının koronavirus xəstəliyinin müalicəsində səhiyyə işçilərinə böyük dəstək verəcəyi gözlənilir.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq Türkiyənin Sənaye və Texnologiya, eləcə də Səhiyyə nazirliklərinin rəhbərliyi altında ölkənin "Arçelik", "BAYKAR" və "ASELSAN" şirkətləri mexaniki ventilyator, süni nəfəs aləti kimi müxtəlif tibbi cihazların hazırlanması istiqamətində güclərini birləşdiriblər. Hazırda məhdud sayda istehsal edilən bu cihazın gələcəkdə dünya bazarına çıxarılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.