Dünya

Koronavirus pandemiyası İtaliyada əhalinin sayına mənfi təsir göstərib

5 May 2021 22:04
Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasının mənfi təsirləri nəticəsində ötən il İtaliyada demoqrafik vəziyyət məyusedici olub və əhalinin sayı azalıb. Doğum hallarının azalması, COVID-19 xəstəliyi ilə əlaqədar ölüm halları və gənclərin emiqrasiyası nəticəsində əhalinin sayı 60 milyon nəfərdən aşağı düşərək 59,25 milyon nəfər olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliya Statistika İdarəsinin (İstat) məlumatına əsasən, 2020-ci il ərzində ölkə əhalisinin sayı 384 min nəfər azalıb. Ötən il İtaliyanın vahid dövlət şəklində birləşdirildiyi 1861-ci ildən bəri ən aşağı doğum statistikası da qeydə alınıb. Doğum hallarının sayı 2019-cu illə müqayisədə 16 min azalaraq 404104-ə düşüb. Bu göstərici 2008-ci illə müqayisədə 34 faiz geriləmə deməkdir.

Ötən il ölkədə 746146 ölüm halı qeydə alınıb, 2019-cu illə müqayisədə ölüm halları 112 min nəfər və ya 17,6 faiz artıb. 2020-ci ilin fevral ayından bəri İtaliyada koronavirusla əlaqədar ölüm hallarının sayı isə 121 min nəfərə çatıb. İndiyədək virusa yoluxanların sayı isə dörd milyon nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.