Dünya

Misirdə eradan əvvəlki dövrə məxsus 110 qəbir aşkarlandı

2 May 2021 14:22
Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin Dekhaliye şəhərində eradan əvvəlki dövrə aid 110 qəbirin gün işığına çıxarıldığı açıqlanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki,bu barədə ölkənin Turizm və Tarixi Əsərlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Dekhaliye şəhərindəki Koum al-Khulgan arxeoloji sahəsində aparılan qazıntı fəaliyyətləri zamanı 110 qəbir çıxarılıb.

Oval şəkilli qəbirlərdən 73-nün eradan əvvəl 6000-3000 dövrünə, 37 düzbucaqlı qəbirin isə eradan əvvəl 1782-1570-ci ilə məxsusdur.

Qəbirlərdə insan qalıqlarından başqa saxsı qablar kimi alətlər də aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.