Dünya

Əfqanıstanda hərbi məntəqəyə hücum olub, 30 əsgər itkin düşüb

1 May 2021 16:52
Baxış: 738
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əfqanıstanın Qəzni vilayətində "Taliban"ın hərbi məntəqəyə hücumu nəticəsində əsgərlər itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə vilayət məclisinin üzvü Xaliqdad Əkbəri deyib.

Onun sözlərinə görə, aprelin 30-u gecə saatlarında "Taliban" yaraqlıları hərbi məntəqəyə hücum edib, saatlarla davam edən atışmadan sonra hərbi məntəqə yaraqlıların nəzarətinə keçib.

Qəznidəki mənbə bildirib ki, atışmadan sonra ən azı 30 əsgər itkin düşüb.

"Taliban" hücumla bağlı açıqlama verməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.