Dünya

Dünyada koronavirusa yoluxanların sayı 152 milyonu ötdü

1 May 2021 08:32
Baxış: 226

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 152 milyon nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dünyada koronavirusa yoluxanların sayı 152 009 102 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 3 193 723 nəfəri ölüb, 129 276 382 nəfəri isə sağalıb.

Ən çox yoluxma hallarının qeydə alındığı ölkələr sırasında ABŞ (33 103 974), Hindistan (19 157 094) və Braziliyada (14 665 962) yer alıblar.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.