Rusiyanın Xalq artisti Lyudmila Siçkareva 84 yaşında vəfat edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Smolensk Akademik Dram Teatrının sosial şəbəkədəki səhifəsində xəbər veriblər.
Məlumatda bunalr qeyd olunub:
"Daxili parıltı, çılğın enerji və xarizma ... Lyudmila Aleksandrovna Siçkareva, teatrımızın aktrisası vəfat etdi".
Aktrisanın ölümünün səbəbi hələ dəqiqləşdirilməyib.
Milli.Az