Dünya

Rusiya bu ölkə ilə aviareysləri 5 ildən sonra bərpa edir

24 Aprel 2021 10:57
Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ilə Misir arasında hava əlaqəsi 5,5 ildən sonra bərpa olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya dövlət başçısı Vladimir Putin Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı uçuşların bərpası ilə bağlı razılığa gəlib.

Misirin Şarm əş-Şeyx və Hurqada hava limanlarından uçuşların təşkil edilməsinə qərar verilib. Liderlər bu addımın iki ölkə arasındakı münasibətləri daha da yaxşılaşdıracağına əmin olduqlarını dilə gətiriblər. 

Qeyd edək ki, 31 oktyabr 2015-ci ildə Sina yarımadasında Sankt-Peterburq-Şarm əş-Şeyx ekspedisiyasında 224 sərnişini daşıyan Rusiya təyyarəsinin qəzaya uğraması münasibətləri gərginləşdirib və iki ölkə arasındakı uçuşlar dayandırılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti hadisəni terror hücumu kimi tanıyıb. O zamanlar Kreml uçuşlara qadağanın hava trafikinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunana qədər tətbiq olunacağını açıqlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.