Dünya

Hindistanda koronavirusa sutkalıq yoluxmada rekord

24 Aprel 2021 11:09
Baxış: 840
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hindistanda yeni növ koronavirusa (COVID-19) sutkalıq yoluxma sayı 346 786-ya çatıb, 2,6 mindən çox insan ölüb. Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricilərdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikincidir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 16,6 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb. 13,8 milyondan çox insan sağalıb, 189,5 min nəfər ölüb.

Xatırladaq ki, Hindistanda koronavirus xəstələrinin sayında artım fevral ayınınn ortalarından bəri davam edir. Nəticədə COVID-19-dan müalicə alanların sayı 2,55 milyonu ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.