Dünya

Özbəkistanda peyvənd olunanların sayı 500 mini ötüb

23 Aprel 2021 20:30
Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günə qədər Özbəkistanda COVID-19 virusuna qarşı 510 min 329 nəfər peyvənd olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vaksinasiyadan sonra bəzilərində hərarətin qalxması, başda və bədənin ayrı-ayrı yerlərində ağrılar, zəifliklə müşahidə olunub.

Ölkədə vaksinasiya aprelin 1-də başlayıb, əhalinin peyvənd olunması üçün hələ ki, "AstraZeneca" və Özbəkistanın da həmmüəllifi olduğu Çinin ZF-UZ-VAK2001 vaksinindən istifadə edilir.

Əhalini vaksinasiya etmək üçün respublikada ümumilikdə 3138 peyvənd otağı və 820 mobil briqada yaradılıb.

Xəbər verdiyimiz kimi vaksin birinci növbədə yaşı 65-dən yuxarı olan vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda olanlara vurulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.