Dünya

Netanyahu Ukrayna və Rusiya arasında vasitəçi ola bilər

23 Aprel 2021 18:02
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyev İsrailin Baş naziri Benyamin Netanyahuya Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmağı təklif edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyuçuk "I24 news" kanalına müsahibəsində deyib.

"İsrail Baş nazirindən bu ssenaridə mümkün vasitəçi kimi iştirak etməsini artıq xahiş etmişik. Çünki onun həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə yaxşı münasibətləri var", - ukraynalı diplomat bildirib.

Səfir qeyd edib ki, İsrail Baş naziri bu təklifə "yox" deməyib və əlindən gələni etməyə çalışacağını söyləyib: "Netanyahunun bu təklifi rədd etməməsi bizi çox sevindirdi. Əksinə, o, buna marağını və kömək etmək istəyini göstərdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.