Dünya

Avropa İttifaqının üç əsas qurumu "iqlim qanunu" layihəsini razılaşdırıb

23 Aprel 2021 20:40
Baxış: 1 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqının üç əsas qurumu olan Avropa İttifaqı Şurası, Avropa Parlamenti və Avropa Komissiyası uzun və mürəkkəb danışıqlardan sonra Aİ-nin "iqlim qanunu" layihəsini razılaşdırıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qanun qüvvəyə mindikdən sonra Avropa İttifaqı yeni qaydalar nəzərə alınmaqla iqtisadi siyasət yürütməlidir. Elektrik enerjisi və istilik istehsalı, elektromobillərin istehsalı və istifadəsi, aviasiya, eləcə də ekoloji cəhətdən təhlükəsiz tikinti və kənd təsərrüfatı tikililəri minimum CO2 tullantıları və iqlim qanunu çərçivəsində yerinə yetirilməlidir.

Yeni qanuna əsasən Avropa İttifaqı 2050-ci ilədək iqlim cəhətdən neytral olmalıdır. Bu, İttifaqa üzv olan ayrı-ayrı dövlətlərə deyil, bütövlükdə bütün Aİ-yə aiddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.