Dünya

Norveçdə dövlətin rəqəmsal valyutasının tətbiqi üçün texniki imkanlar öyrənilir

23 Aprel 2021 21:10
Baxış: 1 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveç Mərkəzi Bankı dövlət rəqəmsal valyutasının mümkün işləmə prinsipini öyrənmək üçün müxtəlif texniki imkanların sınaqdan keçirilməsi üçün yeni proqrama başlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mərkəzi bankın test proqramının yaxın iki il ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Bank yeni proqramın vasitəsilə "mərkəzi bankın rəqəmsal valyutası" adlandırılan valyuta növünün yaradılması və istifadəsi imkanlarını öyrənmək istəyir. Nəticədə əldə ediləcək məlumatla rəqəmsal valyuta haqqında növbəti qərarın verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin aprel ayının əvvəlində qonşu İsveçin Mərkəzi Bankı dünyada ilk dəfə dövlət rəqəmsal valyutaya keçmə haqqında ilkin test və tədqiqatlarının nəticələrini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.