Dünya

Bu ölkədə 14 günlük matəm elan olundu: ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR

21 Aprel 2021 10:41
Baxış: 1 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çad prezidenti İdris Debinin cəbhədə üsyançılar tərəfindən öldürülməsi ilə əlaqədar 14 günlük matəm elan edilib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə hakimiyyətə müvvəqəti nəzarət edən Hərbi Şuradan açıqlama verilib. Açıqlamaya görə, öldürülən prezidentin oğlu general Mahamat Debinin sədri olduğu Hərbi Şura 18 ay hakimiyyətdə qalacaq. Parlamentin və hökumətin buraxıldığı Çadda müvəqqəti idarəetmə sistemi qurulacaq.

Prezidentin öldürülməsi ilə bağlı Çad ordusu ölkənin hava və quru sərhədlərini tamamilə bağlayıb. Ölkədə komendant saatı elan olunub.

Yerli dairələr bəzi məntəqələrdə üsyançılarla ordu arasında toqquşmaların getidyini yazır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.