Dünya

Mutasiyalar ucbatından müharibəni uduzuruq - Kanadalı alimlər

21 Aprel 2021 21:40
Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada pandemiya başlayandan ilk dəfə əhaliyə nisbətdə ABŞ-dan çox yoluxma hadisəsi qeydə alınıb. Bildirilir ki, ölkədə əhalinin ən sıx yaşadığı Ontario şəhərində yoluxma halı iyun ayına kimi 600 faiz arta bilər.

Milli.Az bildirir ki, Ontarionun yerli hökumət başçısı Daq Ford "Koronavirusun növləri ilə vaksinasiya arasında müharibəni uduzuruq. İradəli olarsaq, bu vəziyyət tərsinə doğru dəyişər", - deyib.

Ölkədə koronavirusa qarşı tədbirlər çərçivəsində Ontario polisi sürücüləri və piyadaları saxlayaraq, küçədə olma səbəbini və ünvanlarını soruşa biləcək. Qaydalara uymayan şəxslər 600 dollar (1020 manat) cərimələnəcək.

Şəhərdəki yoluxmaların 2/3-ni koronavirusun yeni növləri, xüsusən də "Britaniya ştammı" təşkil edir. Mütəxəssislər vaksinasiyadan əlavə daha sıx tədbirlər görülməyəcəyi təqdirdə Ontariodakı yeni yoluxma hallarının gündə 30 minə yüksələ biləcəyini deyiblər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.