Dünya

Rusiyada koronavirusun yeni iki variantı formalaşıb

19 Aprel 2021 20:05
Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada koronavirusun yeni variantları formalaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Federal İstehlakçıların Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin ("Rospotrebnadzor") rəhbəri Anna Popova məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusun "Sibir" və "Şimal-Qərb" variantları formalaşıb. COVID-19-un Rusiyada mutasiyaya uğramış variantları hələlik xarici ştammların heç birinə uyğun gəlmir.

Qeyd edək ki, koronavirusun artıq "Britaniya", "Cənubi Afrika" və "Braziliya" və digər ştammları mövcuddur. Hazırkı peyvəndlərin bu ştammlara qarşı yetərli olması barədə mütəxəssislərin vahid rəyi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.