Dünya

Arnold Şvartseneggerə “uçan təpik” atdılar - Anbaan VİDEO

14 Sentyabr 2025 11:33
Baxış: 550
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məşhur aktyor, idmançı və siyasətçi Arnold Şvartsenegger iştirak etdiyi tədbirlərdən birində gözlənilməz anlarla üzləşib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əldə olunan görüntülərə görə, tədbir zamanı naməlum şəxs qəfil irəli atılaraq ulduza "uçan təpik" zərbəsi endirib.

Hadisə zalda böyük həyəcan yaradıb. Şvartsenegger yerə yıxılmasa da, zərbənin təsirindən sarsıldığı müşahidə olunub. Onun mühafizəçiləri dərhal müdaxilə edərək hücum edən şəxsi nəzarət altına alıblar.

Qeyd edək ki, 77 yaşlı Hollivud ulduzu hadisədən sonra sakitliyini qoruyub və vəziyyətinin yaxşı olduğunu bildirib.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.