Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün aprelin 17-də axşam Çexiya 18 Rusiya diplomatını Xarici Kəşfiyyat Xidmətinə və GRU-ya işləməkdə günahlandıraraq ölkədən xaric edib. Onlar 2014-cü ildə Çexiyanın silah anbarlarında partlayışlar təşkil etməkdə ittiham olunurlar. Baş nazir Andrey Babiş bildirib ki, Praqa həmin partlayışlarda "rus izini" aşkar edib. Baş nazir təcili mətbuat konfransında bəyan edib ki, Rusiya xüsusi xidmət orqanlarının həmin partlayışlarda əli olduğunu sübut edən dəlillər əldə ediblər.
![]()
Avropa KİV-ləri yazırlar ki, Çexiyadan xaric olunan rusiyalı diplomatlar əslində kəşfiyyatın əməkdaşları olublar, diplomatik örtük altında işləyiblər. Çexiya polisi isə bildirir ki, keçmiş GRU polkovniki Sergey Skripalı Böyük Britaniyada "noviçok"la zəhərləyən, həmin kəşfiyyat strukturlarının əməkdaşları olan Aleksandr Petrovun və Ruslan Boşirovun silah anbarlarında 2014-cü ildə və 2016-cı ildə törədilmiş partlayışlarda əli var. Onlar ölkəyə saxta Moldova və Tacikistan pasportları ilə daxil olublar.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, pasport məlumatları əsasında müəyyən olunub ki, bu şəxslər 201-cü il oktyabrın 13-də Mosvadan "Aeroflot" reysi ilə Praqaya gediblər, oradan Vrbetitse Ostarava adlı yerə gediblər və oteldə qalıblar. Oktyabrın 16-da Avstriyaya gediblər, oradan Rusiyaya qayıdıblar. Lakin polis digər təfərrüatları açıqlamayıb.

2014-cü il oktyabrın 16-da Çexiyanın Vrbetitse Zlinski rayonunda sursat anbarlarında seriya partlayışlar baş verib. Nəticədə iki nəfər həlak olub, böyük miqdarsa sursat sıradan çıxıb. 2016-cı ildə daha bir partlayış olub.
Moskvada isə Rusiyanın bu partlayışlarda əli olduğunu inkar edir. Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Novikov bildirib ki, Çexiya tərəfinin 18 diplomati ölkədən xaric etməsi ciddi məsələdir, üstəlik buna əsas yoxdur.
Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov isə qeyd edib ki, Praqanın bəyanatları absurddur və Rusiyanın cavabı praporsional olacaq.
"Təsəvvür edirsiniz hansı absurd ittihamdır, onlar yaxşı ki, 1914-cü ili yada salmayıblar! Aydındır ki, hansısa sayıqlamadır. Rusiyanın işi-gücü yoxdur ki, hansısa anbarları partlatsın? Biz Çexiyanı heç vaxt öz rəqibimiz saymamışıq",-Cabarov "İnterfaks"a bildirib. Onun fikrincə, Çexiya hökuməti amerikalıların məsələhəti ilə bu ittihamları irəli sürürlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
XƏBƏR LENTİ
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var





