Dünya

Britaniyada koronavirusun daha təhlükəli mutasiyası tapıldı

17 Aprel 2021 09:39
Baxış: 713
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyada koronavirus infeksiyasının daha bir mutasiyası aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mutasiya Cənubi Afrika və Braziliya variantlarından daha yoluxucu ola bilər.

"İctimai Sağlamlığı İdarəsi yeni koronavirus növünə "nəzərdən keçirilən seçim" statusu verdi. İlk dəfə Hindistanda müəyyyən olunan variantın bir neçə mutasiyası var", - deyə nazirliyin mətbuat xidmətindən bildiriblər.

İlkin məlumatlara görə, 77 nəfərdə infeksiya təsdiqlənib. Mütəxəssislər yoluxmuş şəxslərin qarşılıqlı əlaqədə ola biləcəyi insanları müəyyənləşdirirlər.

East Anglia Universitetinin professoru Paul Hunterin sözlərinə görə, yeni virus ştammının iki protein mutasiyası da var:

"Hətta peyvəndlərə Braziliya və Cənubi Afrika variantlarından daha az tabe ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.