Dünya

16 yaşlı oğlan məktəbdə atəş açdı

11 Aprel 2021 16:27
Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

283Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmə məktəbdə pnevmatik tapançadan atəş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2005-ci il təvəllüdlü oğlan sinif yoldaşlarının dayandığı tərəfə bir neçə dəfə atəş açıb. Tapança müəllimlərdən biri tərəfindən yeniyetmənin əlindən alınaraq polisə təhvil verilib.

Məktəbli hadisə yerindən qaçıb. Polis yeniyetməni saxlayaraq onu sorğu-sual edib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.