Dünya

Yaponiyada koronavirusa yoluxmuş xəstəyə ağciyər köçürülüb

8 Aprel 2021 12:59
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada Kioto universitetinin həkimləri koronavirus infeksiyasını ağır şəkildə keçirmiş xəstəyə dünyada ilk dəfə ağciyər köçürülməsi üzrə əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat olunan qadın ötən ilin sonunda virusa yoluxub və xəstəlik müddətində süni aparata qoşulmaqla müalicə olunub.

Xəstəlik nəticəsində qadının ağciyərlərinin bir hissəsi ciddi ziyan görüb. Həmin qadının həyat yoldaşı və oğlu donor qismində çıxış edib.

Ağciyər köçürülməsi əməliyyatı 11 saat davam edib və uğurla başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.