İsveçrənin aparıcı bankı riskli sərmayə yatırımı nəticəsində 4,4 milyard frank itirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrənin aparıcı banklarından olan "Credit Suisse" riskli sərmayə yatırımı nəticəsində 4,4 milyard İsveçrə frankı dəyərində zərərlə qarşılaşıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın "Archegos" fondunun iflası nəticəsində bu fondun əsas sərmayəçilərindən biri olan İsveçrə bankı ağır maliyyə zərbəsi ilə qarşılaşıb və bankın idarə heyətində artıq iki şəxs vəzifəsini itirməli olub. Aprelin 6-da bankın yaydığı məlumata görə, sərmayəçi Bill Hvanqın yaratdığı və dəyəri 20 milyard ABŞ dollarından çox olan fondun iflası banka 4,4 milyard frank (təxminən 4 milyard dollar) zərər vurub. Belə ki, "Archegos Capital Management" fondu mart ayında milyardlarla dollar dəyərində səhmlərini birjalarda dəyər-dəyməzinə satışa çıxararkən, "Credit Suisse" bankının bu fonddakı səhmləri dəyərsiz kağız səviyyəsinə düşüb. Nəticədə bankın investisiyalar üzrə meneceri Brayan Çin və risklərin idarə olunması üzrə rəhbəri Lara Vorner öz postlarını itiriblər. Bankın direktoru Tomas Qottştayn baş vermiş maliyyə itkisinin qəbuledilməz olduğunu bildirib və 2020-ci il üzrə bank rəhbərliyi üçün bonus ödənişlərinin, eləcə də dividendlərin ləğv olunduğunu elan edib. Bankın Nəzarət Şurası vəziyyətin səbəblərini araşdırmaq barədə sərəncam verib.
Qeyd edilməlidir ki, "Archegos" qalmaqalı son bir neçə həftədə İsveçrə bankının başına gələn ikinci hadisədir. "Greensill" Britaniya-Avstraliya maliyyə şirkətinin də bu yaxınlarda iflasa uğraması "Credit Suisse" üçün acı xəbər olub. Həmin şirkətin səhmləri bankın müştərilər üçün təklif etdiyi sərmayə portfelində önəmli yerə malik idi və bu iflasın İsveçrə bankı üçün azı bir milyard franka başa gəldiyi bildirilir.
Reytinq agentlikləri İsveçrənin ikinci böyük bankının sabit proqnozlarını mənfi proqnoz olaraq dəyişdiriblər və bu da bankın riskli əməliyyatlarla bağlı idarəçiliyinə verilən qiymətdir. Beynəlxalq analitiklər bu zərbələrdən sağ çıxa bilmək üçün "Credit Suisse" rəhbərliyinin düzgün qərarlar və tədbirlər paketi qəbul etməli olduğunu bildiriblər. Əks təqdirdə, bankın bu ağırlıqda itkini dəf etməsi mümkün olmaya bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)





