Dünya

"Aprelin 3-dən sərt karantin rejimi tətbiq ediləcək" - Makron

1 Aprel 2021 09:05
Baxış: 1 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciəti zamanı aprelin 3-dən etibarən ölkənin bütün bölgələrində sərt karantin rejiminin tətbiq ediləcəyini elan edib. 

Milli.Az APA-ya istinadən bildirir ki, rejimə uyğun olaraq, bütün təhsil müəssisələri üç həftə bağlanacaq.

Axşam saat 19:00-dan səhər 6:00-a qədər komendant saatı qüvvədə olacaq. Gələn həftədən bölgələr arası səyahətlər qadağan ediləcək. Şəhər sakinlərinə evlərindən 10 km-dək uzaqlaşmasına icazə verilir. 

Qeyd edək ki, prezidentin fərmanına əsasən, məhdudlaşdırıcı tədbirlərin əməl olunmasına ciddi nəzarət ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.