Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 616 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 281 761, ölənlərin sayı isə 3 778 nəfərə çatıb.
Virusa yoluxanlardan 273 167 nəfərin sağaldığı bildirilir.
Milli.Az