Dünya

Jirinovski Xəzər dənizinə yeni su kanalının çəkilməsini təklif etdi

30 Mart 2021 08:28
Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, Rusiya Dövlət Dumasında eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski saya oturmuş "Evergreen" gəmisinə görə bağlanan Süveyş kanalının etibarlı olmadığını deyərək, Fars körfəzindən Xəzər dənizinə qədər yeni bir kanalın çəkilməsi təklifini irəli sürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə o, "Twitter" hesabından bildirib.

"Süveyş kanalının növbəti dəfə bağlanması onun etibarsızlığını sübut edir. Buna görə İranla birlikdə Fars körfəzindən Xəzər dənizinə bir kanal çəkmək daha yaxşı olardı. Yük gəmiləri Həştərxanda qəbul edilsin, daha sonra mallar dəmir yolu ilə Avropaya daşınsın", - deyə Jirinovski vurğulayıb.

Xatırladaq ki, Çindən Niderlanda yola düşən, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti təxminən 224 min ton olan "Evergreen" gəmisi keçən çərşənbə axşamı Süveyş kanalında ilişərək hərəkəti tam məhdudlaşdırıb. Bu gün nəhayət konteyner gəmisi hərəkətə gətirilib. Kanalda gediş-gəlişin üç gündən sonra tam bərpa olunacağı bildirilir.

İlkin məlumata görə, konteyner gəmisi güclü külək səbəbi ilə istiqamətini dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.