Dünya

Myanmada ölənlərin sayı 510-a çatıb

30 Mart 2021 07:55
Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Myanmada fevralın 1-dən bəri etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda ölənlərin sayı  510 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Myanmadakı Siyasi Məhbuslara Yardım Assosiasiyasının hesabatında bildirilib.

Hesablamalara görə, hərbçilər hakimiyyətə gəldikdən sonra etiraz aksiyalarına sərt basqı göstərilir: "Martın 29-da 51 nəfərin ölümü təsdiqlənib, onlardan 14-ü 29-37 yaş aralığındadır".

Qeyd edilib ki, bu günədək 2574 nəfər həbs edilib: "Hazırda 37 məhbus həbs cəzasına məhkum edilib. Daha 120 nümayişçi üçün həbs qərarı çıxarılıb. Bazar ertəsi 20-dən çox adamın nəzarətə alınıb"

Martın 27-dən Myanmar Hava Qüvvələrinə aid təyyarələrin Karen ştatına zərbələr endirməsi nəticəsində yeddi kənddən, təxminən 10 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.