"Ermənistan Baş nazirinin istefası öz şəxsi işidir və təxirəsalınmaz müzakirə tələb etmir".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, Rusiya tərəfinin müxtəlif səviyyələrdə Ermənistanın hökumət başçısı ilə intensiv telefon söhbətlərinin olduğunu bildirib: "Birincisi, o istefa versə belə, yeni seçkilərədək vəzifəsinin icrasını davam etdirəcək. Buna görə də, Nikol Paşinyanın vəzifəsini tərk etməsi barədə qərarının təxirəsalınmaz müzakirəyə ehtiyacı yoxdur. O ki qaldı Rusiya Prezidentinin Paşinyanla telefon söhbətlərinə, onlar tez-tez əlaqə saxlayır. Müxtəlif səviyyələrdə mütəmadi müzakirə atmosferi mövcuddur".
Milli.Az