Dünya

MDB məkanında daha bir sərt karantin: Kafe və restoranlar bağlandı

28 Mart 2021 10:22
Baxış: 1 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda COVID-19-a yoluxma sayında kəskin artım müşahidə olunur. Almatı şəhər dövlət sanitar baş həkimi Jandarbek Bekşin şəhərdə sərt məhdudlaşdırıcı tədbirlər haqqında əmri bu il aprelin 12-dək uzadıldığını bildirib.

Milli.Az Pravda.az-a istinadən xəbər verir ki, Almatıda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair tədbirlərin gücləndirilməsi haqqında sənəd bu il martın 29-da qüvvəyə minir.

Sənədə əsasən alış-veriş və əyləncə mərkəzlərinin, ticarət evlərinin, muzeylərin, heyvanat parklarının, kitabxanaların, kafe və restoranların işi də qadağan ediləcək. Restoranlar və kafelər yalnız çatdırılma xidməti ilə fəaliyyət göstərə bilərlər.

Qazaxıstanda koronavirusun yayılması baxımından Nur-Sultan, Almatı və Qərbi Qazaxıstan vilayəti "qırmızı zona"ya daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.