Dünya

50 min insanın yaşadığı şəhər terrorçuların əlində: İnsanlar kütləvi şəkildə öldürülür

28 Mart 2021 09:14
Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mozambikin Tanzaniya ilə sərhədində yerləşən Palma liman şəhəri radikal islam terror silahlı birləşmələrinin nəzarətinə keçib.

Milli.Az APA-ya istinadən bildirir ki, hökumət qüvvələri geri çəkilməyə məcbur olub. 

Qeyd edək ki, Palma və onun ətraf ərazilərində 50 min insan yaşayır. Terrorçuların hücumu zamanı sakinlərin əksəriyyəti şəhəri tərk edərək Mozambik və Tanzaniyanın cənub istiqamətlərinə üz tutublar. 

Xatırladaq ki, Palma şəhərindən 10 kilometr məsafədə - Afrikanın cənubunda Fransanın "Total" enerji şirkəti regionun ən böyük təbii qaz emalı kompleksini inşa edir. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.