Dünya

Belarus "Eurovision-2021" mahnı müsabiqəsinə buraxılmayacaq

27 Mart 2021 08:12
Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Yayım Birliyi Belarusun "Eurovision-2021" mahnı müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlayıb. Buna səbəb ölkənin təqdim etdiyi yeni mahnının növbəti dəfə müsabiqənin qaydalarına uyğun gəlməməsidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Eurovision" müsabiqəsinin saytında yerləşdirilən məlumatda qeyd olunub.

"Yeni müraciətin də müsabiqənin qaydalarına cavab verməməsinə qərar verilib, belə ki, müsabiqə siyasi alət kimi istifadə olunmadığına dair zəmanət verir", - deyə təşkilatçılar bildirib.

Qeyd olunub ki, Belarus mahnını vaxtında təqdim edə bilmədiyi üçün 12-16 may tarixlərində Rotterdamda keçiriləcək yarışmada iştirak edə bilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.