Dünya

Stiv Cobsun işə qəbul üçün yazdığı anket 222 min dollara satıldı - FOTO

26 Mart 2021 12:14
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkətinin təsisçisi Stiv Cobsun 1973-cü ildə işə qəbul üçün doldurduğu anket hərracda 162 funta (221 842 dollar) satılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Charterfields" hərrac şirkətinin saytında qeyd olunub.

Bir səhifədən ibarət anket 1973-cü ildə S.Cobsun çox güman ki, Portlenddə Rid kollecini tərk etdikdən sonra əlyazısı ilə doldurulub. Bir il sonra S.Cobs "Atari" şirkətinə texniki mütəxəssis kimi işə düzəlib. Burada 1976-cı ildə "Apple" şirkətinin əsasını birlikdə qoyduqları Stiv Voznyakla birgə çalışıb.

Anketdə Cobs kompüter və kalkulyatorlarla işləmək, həmçinin elektron texnologiyalar və rəqəmsal layihələndirmə sahəsində bacarıqları barədə qeydlər edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory