Dünya

Bill Qeyts: ABŞ və Avropa dəhşətli səhvlərə yol verdi

25 Mart 2021 18:06
Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Avropa koronavirus pandemiyasının başlanğıcından indiyə qədər bir sıra dəhşətli səhvlərə yol verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Maykrosoft"un təsisçisi Bill Qeyts deyib.

O, zamanında bir sıra sahələrə lazımi investisiyaların qoyulmadığını bildirib.

Qeyts Avstraliya, Cənubi Koreya və Yeni Zellandiya kimi ölkələrin xəbərdarlıqlara vaxtında diqqət yetirdiyini, Avropa, ABŞ və Cənubi Amerikanın buna məhəl qoymadığını, ona görə də böyük əvəz ödədiyini deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.