Dünya

Separatçı həyasızlığı: Qarabağda rus dili “rəsmi dil” elan edildi

25 Mart 2021 15:35
Baxış: 1 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağda hələ də rus sülhməramlılarının məsuliyyət zonasında guya fəaliyyət göstərdikləri haqda rəy yaradan separatçılar keçmiş, qondarma, de-fakto və de-yure mövcud olmayan "dqr"də rus dilini "rəsmi dil" elan ediblər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Separatçıların qondarma "deputatları" guya bu barədə qərar verib.

Qeyd edək ki, Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində erməni separatçıların destruktiv fəaliyyəti ciddi qıcıq doğurmaqdadır. Ermənistanda belə ruscanı qadağan edən, rus kanallarının ölkədə yayımını dayandıran, bircə ədəd də rusdilli məktəbin fəaliyyətinə imkan verməyən Ermənistan hakimiyyəti Azərbaycanın hazırda rus sülhməramlılarının nəzarəti altında olan hissəsində Rusiyaya "jest" etmək yolunu seçərək, mümkün bütün vasitələrlə Kremlin dəstəyini almağa və separatçı fəaliyyətini davam etdirməyə çalışır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.