Dünya

Niderlandda pandemiya ilə bağlı məhdudiyyətlər aprelin 20-dək uzadılıb

24 Mart 2021 23:39
Baxış: 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderland Krallığında COVID-19 epidemiyasına yoluxanların sayı yenidən artdığı üçün pandemiya ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqi aprelin 20-dək uzadılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Niderland Baş naziri Mark Rutte deyib. Bildirib ki, Niderlandda COVID-19 epidemiyasına qarşı mübarizə aparmaq üçün mövcud məhdudiyyətlər aprelin 20-dək qüvvədədir. Yalnız ölkə yay vaxtına keçdiyinə görə komendant saatının müddəti 1 saat azalaraq axşam saat 22-dən səhər saat 4:30-dək davam edir.

"Aktual vəziyyət çox narahatedici olduğu üçün mövcud məhdudiyyət qaydaları hələ davam edəcək", - deyən M.Rutte xəstəxanada koronavirus xəstələrinin sayının artdığını bildirib. Ölkədə son sutkada 5636 yeni yoluxma qeydə alınıb.

Xatırladaq ki, COVID-19 pandemiyası başlayandan 17 milyon əhalisi olan Niderlandda 1,2 milyon yoluxma və 16 339 ölüm faktı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory