Dünya

Dünyanın ən böyük rəsm əsəri neçəyə satıldı? - İki stadion boydadır

24 Mart 2021 11:59
Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dubayda keçirilən auksionda dünyanın ən böyük rəsm əsəri satılıb.

Milli.Az ria-novosti-yə istinadən xəbər verir ki, əsər 62 mln.dollara satılıb. "The Journey of Humanity" adlanan əsərin müəllifi britaniyalı rəssam Saşa Cafridir.

İki futbol meydançası böyüklüyündə olan əsər üzərində rəssam Dubayın Atlantis otelində yeddi ay işləyib. Əvvəl nəzərdə tutulurdu ki, əsər 70 hissəyə bölünərək maksimum 30 mln. dollara satılsın. Lakin nəticə bundan iki dəfə yüksək olub. Cafri əldə olunan vəsaiti xeyriyyə məqsədləri üçün - YUNESKO, YUNİSEF və uşaqlar üçün nəzərdə tutulan digər layihələrə sərf edəcəyini vəd edib.

Kamran
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.