Dünya

Qanunsuz yollarla Türkiyə ərazisini tərk etmək istəyən 70 miqrant saxlanılıb

22 Mart 2021 19:44
Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 70 miqrant saxlanılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onlardan 48-i Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonuna yaxın ərazidə Egey dənizində ələ keçiriliblər. Digər 22 nəfər isə İzmir vilayətinin Dikili rayonunda saxlanılıb.

Onların rezin qayıqlarla Yunanıstana keçmək istədikləri müəyyən edilib.

Miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.

İzmirin Çeşmə rayonu yaxınlığında martın 19-da üç nəfərin həlak olması ilə nəticələnən qayığın batması zamanı itkin düşən bir miqrant tapılıb. Axtarışları üç gün davam edən 16 yaşlı Somali vətəndaşı olan bu şəxsin Boğaz adasına çıxdığı, ötən bu günlər ərzində ətrafda bitən otları yeyərək sağ qala bildiyi müəyyən edilib. Miqrant Çeşmənin Alper Çizğenakat Dövlət Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.