Dünya

Tramp Baydeni ABŞ-da sərhəd böhranı yaratmaqda ittiham etdi

22 Mart 2021 12:48
Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp xələfi Co Baydeni Birləşmiş Ştatlarda sərhəd böhranı yaratmaqda təqsirləndirib.

"Qafqazinfo" "CBS News"a istinadən xəbər verir ki, Tramp Bayden rəhbərliyinə "tarixin ən təhlükəsiz sərhədi"ni təhvil verdiyini, lakin onun bütün səyləri boşa çıxardığını bildirib.

"Etməli olduqları tək şey bu fasiləsiz işləyən sistemin avtopilotda qalması idi. Bunun əvəzinə, yalnız bir neçə həftə içərisində Bayden rəhbərliyi milli bir qələbəni milli bir fəlakətə çevirdi",- deyə Tramp qeyd edib.

Onun fikrincə, Bayden sərhəd böhranına son qoymaq üçün tam uğursuzluğunu etiraf etməli və Trampın effektiv və sınanmış sərhəd siyasətini qəbul etməlidir.

O, Baydeni sərhəd boyu çəkilməkdə olan divarları bir neçə həftəyə tamamlamağa çağırıb.

"Onu dayandırmamalı idilər. Ölümə və insan faciəsinə səbəb olurlar", - deyə sabiq Prezident əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Bayden jurnalistlərə ABŞ-Meksika sərhədini ziyarət edəcəyini açıqlamışdı.

Xatırladaq ki, ABŞ hökuməti ölkənin cənub sərhədindəki miqrant axını ilə, xüsusilə yetkinlik yaşına çatmayanlarla mübarizəni davam etdirir. Statistikaya görə, ABŞ-ın nəzarətində olan miqrant uşaqların sayı 15.000-i keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.