Dünya

Sorğu iştirakçılarının 70 faizi Olimpiya Oyunlarının bu yay keçirilməsini istəmir

22 Mart 2021 07:11
Baxış: 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ, Çin, Fransa, Tailand və Cənubi Koreyada rəyi soruşulanların 70 faizindən çoxu hesab edir ki, Tokio Olimpiya Oyunları ya ləğv olunmalı, ya da sonra keçirilməlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rəy sorğusunun nəticəsini Yaponiya mətbuat tədqiqat institutu açıqlayıb. İnstitutun yaydığı məlumatda bildirilir ki, koronavirus pandemiyası davam etdiyindən Olimpiya Oyunları ləğvinə, yaxud vaxtının dəyişdirilməsinə tərəfdar olanlar Tailandda 95,6 faiz, Cənubi Koreyada 94,7 faiz, Çində 82,1 faiz, ABŞ-da 74,4 faiz, Fransada 70,6 faiz təşkil edib. Yaponiyanın özündə bu fikirdə olan respondentlər 71,9 faizdir.

Olimpiya oyunlarının bu yay keçirilməsinə ABŞ-da sorğu iştirakçılarının 24,5 faizi, Fransada 25,8 faizi, Çində 17,9 faizi, Cənubi Koreyada 3 faizi, Tailandda 4,4 faizi, Yaponiyada 26,1 faizi tərəfdar çıxıb.

Dekabr-yanvar aylarında keçirilmiş sorğuda hər bir ölkə üzrə təxminən min nəfərin rəyi öyrənilib.

Xatırladaq ki, şənbə günü Tokio Olimpiya Oyunlarının əcnəbi azarkeşlərsiz keçirilməsi qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.