Dünya

Mayk Tayson növbəti döyüşünün tarixini açıqlayıb

18 Mart 2021 22:24
Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson növbəti döyüşünün vaxtını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, amerikalı döyüşçü mayın 29 və ya 31-də Mayamidə yenidən rinqə çıxacağını bildirib.

"Dəmir Mayk" rəqibinin kim olacağına aydınlıq gətirməyib.

Xatırladaq ki, Taysonun son döyüşü ötən ilin noyabr ayında baş tutub. O, yarımağır çəkidə keçmiş dünya çempionu Roy Cons ilə yurmuqlaşıb. Səkkiz raundluq qarşılaşma heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, 54 yaşlı Taysonun hesabında 58 peşəkar boks döyüşü var. O, bu döyüşlərdən 50-də qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.