Dünya

Putin Baydeni üzbəüz görüşə dəvət etdi

18 Mart 2021 21:37
Baxış: 1 469
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşməyə hazır olduğunu açıqlayıb.

"Baydenlə cümə və ya bazar ertəsi görüşməyə hazıram. İki ölkə əlaqələrini qorumalıdır", - Putin bildirib.  

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, C.Baydenin Putinlə bağlı fikirlərindən sonra Rusiya liderinin təklifi maraq doğurub.

"Prezident Baydeni mübahisəmizə davam etməsi üçün dəvət etmək istəyirəm. Ancaq həqiqətən, canlı olaraq etmək şərtilə. Hər hansı bir təxirəsalma olmadan, birbaşa açıq, üz-üzə müzakirədə... Rusiya xalqı, ABŞ xalqı və digər bir çox ölkə bu məsələ ilə maraqlanır", - deyə Putin qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.