Dünya

Ermənistanda separatçıların komandiri həbs edilib

18 Mart 2021 14:17
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qondarma "Dağlıq Qarabağ Müdafiə Ordusu"nun batalyon komandirlərindən biri həbs edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, batalyon komandiri müharibə vaxtı döyüş meydanını tərk edərək çox sayda hərbi qulluqçunun ölümü, əsir düşməsi və yaralanmasında təqsirləndirilir.

Qeyd olunub ki, İ. Vaqanyan döyüş əməliyyatları vaxtı öz funksiyalarını icra etməyib, özünün birbaşa rəislərinin əmrlərinə tabe olmaqdan imtina edərək özbaşına döyüş meydanını tərk edib. Nəticədə batalyonun şəxsi heyəti itkilər verib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.